Baş nazirin şəkilləri ölkəni qarışdırdı

  27 May 2013    Oxunub : 426
Baş nazirin şəkilləri ölkəni qarışdırdı
İngiltərənin baş naziri Devid Kameronun həyat yoldaşı Samanta ilə tətil zamanı çəkilən şəkilləri ölkə gündəminə gəlib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə öldürülən ingilis əsgərinə görə ardı-arası kəsilməyən müzakirələrin baş alıb getdiyi bir vaxtda, baş nazirin istirahətə yollanması narazılıqlara səbəb olub.

“The Sun” qəzetinin manşet xəbərində, bir tərəfdə əsgərin öldürüldüyü prospekt, digər tərəfdə də Kameronun tətil şəkilləri yer alıb. Şəkillər müqayisə olunaraq manşetə yerləşdirilib.

Digər qəzet “Daily Mail” isə "Baş nazir, tətildə kifayət qədər rahat idinizmi?" başlığı altında xəbər dərc edib.



“Daily Mirror” isə "Baş nazir, ölkəmiz terror böhranının ortasında və siz tətilə getməyə qərar verdiniz. başlığı altında xəbər yerləşdirilib.

“Times” və “Daily Telegraph” qəzetləri də oxşar başlıqlarla satışa çıxıb.

Qeyd edək ki, 25 yaşlı İngilis əsgəri Lee Rigby, ötən həftə Nigeriya əsilli iki İngilis vətəndaşı tərəfindən qətlə yetirilib.

Ağır qətl hadisəsi bir həftədir ölkənin gündəmindən düşmür.

Mirvari

Teqlər: