Ölkə başçısı İnkişaf Bankının rəhbərini qəbul edib

Ölkə başçısı İnkişaf Bankının rəhbərini qəbul edib
  30 Aprel 2015    Oxunub:1125
İlham Əliyev Asiya İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az-ın məlumatına görə, Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın önəmi bildirilib, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkan olduğu məmnunluqla qeyd edilib. Bu baxımdan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb və tədbirə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında həyata keçirilən uğurlu layihələrin əhəmiyyətindən danışılıb və əməkdaşlığımızın konkret perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti