13 azərbaycanlı Nepaldan təxliyə edildi

13 azərbaycanlı Nepaldan təxliyə edildi
  30 Aprel 2015    Oxunub:2120
Nepaldakı təbii fəlakət bölgəsindən Azərbaycan və Gürcüstan vətəndaşlarını təxliyə edən təyyarə paytaxt Katmandudan Bakıya yola düşüb.

Fövqəladə Hallar Nazirliinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarədə 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı var.

Nepaldan çıxan təyyarə əvvəlcə Hindistan ərazisində eniş edəcək. Daha sonra İran ərazisində düşən təyyarə sabah səhər saatlarında Bakıya çatmalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. FHN-ə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti