Tanınmış xalq artisti ANS-i aldatdı - Qızıl fırıldağı

Tanınmış xalq artisti ANS-i aldatdı - Qızıl fırıldağı
  01 May 2015    Oxunub:5100
Azərbaycanın tanınmış Xalq artisti ANS telekanalını və jurnalist Elgiz Əkbəri aldadıb.
AzVision.az xəbər verir ki, bu barədə E.Əkbər aparıcısı olduğu “Adam içində” verilişində deyib.

Elgiz adını açıqlamadığı tanınmış Xalq artistinin qızıl fırıldağı ilə üzləşdiyini canlı efirdə etiraf edib.

““Toy olsun” verilişində kimsəsiz bir cütlüyü evləndirirdik. Tanınmış müğənni, özü də Xalq artistidir, mənə zəng edərək gəlinə qızıl üzük hədiyyə etmək istədiyni bildirdi. Mən də təşəkkür edib, həmin şəxsi verilişə dəvət etdim. O da gəlib öz mahnılarını reklam edərək, gəlinə üzüyü verdi. Sabahı gün gəlinin qohumları mənə zəng edərək dedilər ki, üzük qızıl deyil, dəmirdir. Həmin Xalq artistinin yerinə xəcalət çəkdik. O, utanmadan bu qədər insanı, milyonları canlı yayımda aldatdı”-deyə Elgiz qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti