Baş nazirdən nazirliklə bağlı Qərar

Baş nazirdən nazirliklə bağlı Qərar
  01 May 2015    Oxunub:1866
Baş nazir Artur Rasizadə Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı qərar verib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, qərarla Azərbaycan Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılıb

Bundan başqa, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, Arıçılıq laboratoriyasının, Yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental-İstehsalat Faxralı Təcrübə şöbəsinin bazasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Qərarda Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Biotexnologiya və xəstəlik-zərərvericilərə nəzarət laboratoriyasının, Biomüxtəlifliyin qorunması və genetika laboratoriyasının və Bioinformatika laboratoriyasının bazasında Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılması da öz əksini tapıb.


Teqlər:





Xəbər lenti