Ermənistanın Azərbaycana 700 milyard borcu var

Ermənistanın Azərbaycana 700 milyard borcu var
  01 May 2015    Oxunub:2006
Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi illər ərzində vurduğu zərər ən azı 700 milyard dollar təşkil edir.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, işçi qrupu dəymiş zərərin hesablanması üzrə işləri hələ də davam etdirir: "Bu rəqəm hələ minimal göstəricidir".

N.İbrahimov qeyd edib ki, işlərin təqribən 70 faizi başa çatdırılıb: "Tarixi abidələrə, təbii resurslara vurulmuş zərər, qismən də ətraf mühitə dəymiş ziyan hesablanıb".

O, əlavə edib ki, yaxın vaxtlarda bu işə kömək edəcək xarici mütəxəssislərin gəlməsi gözlənilir.


Teqlər:  





Xəbər lenti