“Azerfon”dan ofisindəki qəza ilə bağlı Açıqlama

“Azerfon”dan ofisindəki qəza ilə bağlı Açıqlama
  01 May 2015    Oxunub:1987
“Azerfon” ofisində baş vermiş texniki qəza ilə bağlı açıqlama yayıb.
Şirkətdən daxil olan açıqlamada bildirilib ki, bu gün saat 17:30 radələrində “Azerfon” şirkətinin baş ofisinin yeməkxanasında yüngül konstruksiyalı asma tavanın bir hissəsinin uçması ilə nəticələnmiş texniki qəza baş verib.

“Xoşbəxtlikdən qəza nəticəsində heç bir ciddi xəsarət alan olmayıb. Şirkətə keytrinq xidməti göstərən şirkətin əməkdaşı yüngül xəsarət alıb, ona dərhal lazımi tibbi yardım göstərilib . Nəticələrinin aradan qaldırılması və səbəblərinin müəyyən olunması üçün hadisə yerinə dərhal aiddiyyatı qurumlar cəlb olunub. Hazırda vəziyyət nəzarət altındadır” deyə şirkət qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti