Sürücülərə müraciət: yollar bağlanır

Sürücülərə müraciət: yollar bağlanır
  01 May 2015    Oxunub:2159
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Müraciətdə deyilir:

-Triatlon üzrə idman yarışlarının keçirilməsi ilə əlaqədar mayın 2-də saat 05:00-dan 17:30-dək müddətdə Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt yaşayış məntəqələrini birləşdirən Bakı Dairəvi Yolunun Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Mərdəkan qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Bundan əlavə sabah Heydər Əliyev prospektinin bir hissəsi bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. AzVision.az NİİM-in səhifəsinə istinadən xəbər verir ki, mayın 2-də Heydər Əliyev prospektinin “Hava limanı” yol qovşağından “Sabunçu” yol qovşağınadək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Göstərilən ərazidə qismən məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbi ilə səhər saat 10:30-dan axşam saat 17:00-dək tətbiq ediləcək. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti