Milli Şuranın mitinqi təxirə salındı

Milli Şuranın mitinqi təxirə salındı
  01 May 2015    Oxunub:1736
“Milli Şuranın növbəti mitinqi ilə bağlı məsələ müzakirə olunub, vaxt təyin ediləcək. Mayın 3-ə təyin olunan aksiya isə təxriə salınıb”.
Bu barədə AzVision.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı deyib.

“Milli Şuranın dünənki yığıncağında Bakı Şəhər İcra Hakimiyyətinin cavabı müzakirə olundu. Biz razılaşdırılmış aksiya keçirməyi nəzərdə tutmuşduq, icazə olmadığına görə təxirə salındı”.

Qeyd edək ki, Bakı meriyası Milli Şuranın mayın 3-ə təyin etdiyi aksiyanın ayın 2-ə keçirilməsini məsləhət görüb.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti