Abdulla Gül şeyxlə birgə namaz qıldı
Türkiyənin keçmiş Prezidenti Abdullah Güllə görüşən QMİ sədri A.Paşazadə Azərbaycan-Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlığın dərinləşdirilməsi yönündə qonağın səylərini yüksək qiymətləndirib. Azərbaycanda keçirilən qlobal əhəmiyyətli tədbirdə qardaş Türkiyə dövlətinin nüfuzlu dövlət xadiminin iştirakını mühüm sayan QMİ sədri turk-İslam birliyinin ümumi mənafeləri üçün dəyərli hal kimi səciyyələndirib.
A.Gül Şeyxülislamla Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırladıb və A. Paşazadənin iki qardaş dövlət arasında dini-mənəvi əlaqələrin inkişafı üçün səylərini əvəzsiz kimi dəyərləndirib.
Görüşün sonunda Şeyxülislam A.Paşazadə A.Gülə xatirə hədiyyəsi təqdim edib.
AzVision.az
Teqlər: