Abdulla Gül: `Qarabağ 2 yolla qaytarıla bilər`
O, həmçinin qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş tədbirə Rusiya və Fransa liderlərinin qatılmasına münasibət bildirib:
“Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır. Düz 20 ildir. Bu isə uzun bir müddətdir. Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçilik missiyasını üzərinə götürmüş Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil. Eyni zamanda Minsk qrupunun Dağlıq Qarabağ probleminin həllində ikili standart nümayiş etdirməsindən də xəbərimiz var. Hazırda Minsk qrupunda yer alan Rusiya və Fransa liderləri Ermənistanda idi. Belə olan halda bu qrupa necə etibar edilə bilər?”.
Gül həmçinin bildirib ki, işğalın bu qədər uzun sürməsi qəbul edilən deyil: "Dağlıq Qarabağ münaqişənin həllinin bu qədər uzanması çox təhlükəlidir. Özəliklə bu münaqişənin həllinin iki yolu var. Dünya praktikasına nəzər yetirsək görərik ki, buna bənzər münaqişələr ya müharibə, ya da siyasi yolla həll olunur”.







Vaxtında, Aydın, Lazımlı!


