Eşqə düşən kişi 300 kiloqram arıqladı
AZƏRTAC Böyük Britaniyanın Daily Mirror qəzetinə istinadla xəbər verir ki, Pol Meyson Nyu-York şəhərində yerləşən Lenox Hill xəstəxanasında pulsuz əməliyyat olunub. Cərrah Cennifer Kapla əməliyyatın “ideal” keçdiyini bildirib.
Əməliyyata bir neçə gün qalmış Meyson yemək vasitəsi ilə reallıqdan qaçmağa çalışdığını etiraf edib. “Keçmişə baxaraq sutkalarla yataqda uzanıb yeməkdən başqa bir şey düşünməyən insanı görəndə, başa düşürəm ki, bu mənə görə deyilmiş, mən elə bir insan olmaq istəmirəm”, - deyə Meyson əlavə edib.
Qəzetin yazdığına görə, əvvəllər 445 kiloqram çəkisi olan 54 yaşlı britaniyalı 2013-cü ildə Facebook sosial şəbəkəsində sonradan nişanlandığı 41 yaşlı amerikalı Rebekka Mauntinlə tanış olduqdan sonra arıqlamaq qərarına gəlib.
Hazırda arıqlayan bəyin çəkisi 160 kiloqram olduğu halda, onun nişanlısı cəmi 50 kiloqram ağırlığındadır.
Teqlər: