Gəncəni bir-birinə qatan avtoş: `Kefli olmuşam...`

Gəncəni bir-birinə qatan avtoş: `Kefli olmuşam...`
  02 May 2015    Oxunub:2175
Gəncədə yol polisinin qanuni "saxla" əmrinə məhəl qoymayan, cəmiyyətə hörmətsizlik edərək ictimai qaydanı pozan 5 sürücü saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə şəhər sakinləri, 33 yaşlı Səbuhi Qasımov, 27 yaşlı Rövşən Novruzov, onun həmyaşıdı Vüsal Ələsgərov, 26 yaşlı Toğrul Abiyarı və 20 yaşlı Elsəvər Qasımov həbs cəzası alan şəxslərdir. Onlar Gəncənin küçə və prospektlərində öz həyatlarını da təhlükə altına ataraq vətəndaşların rahatlığını pozduqları üçün saxlanılıblar.

Saxlanılan şəxs Elsevər Qasımov bildirib ki, Heydər Əliyev parkında avtoxuliqanlıq etdiyim üçün saxlanılıb: "Əməlimdən çox peşmanam. Kefli olmuşam, zır kefli. Gedib maşını vurmuşam, "sroku" 45 sutkadır, gedib çəkirəm".

Bu gənclərdən ikisi isə yaxınlarının toy karvanında diqqət mərkəzinə düşməyə çalışıblar.

Qeyd edək ki saxlanılan 5 nəfər sutkalıq həbs cəzası ilə yanaşı müəyyən müddətə sürücülük hüququndan da məhrum ediliblər.




Teqlər:  





Xəbər lenti