ABŞ Qarabağdakı “seçkilər”i tanımayacaq

ABŞ Qarabağdakı “seçkilər”i tanımayacaq
  02 May 2015    Oxunub:2039
ABŞ Dağlıq Qarabağdakı qondarma `parlament seçkiləri`nin nəticələrini tanımayacaq.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bəyan edib.

ABŞ rəsmisi deyib ki, rəsmi Vaşinqton Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır.

O əlavə edib ki, buna görə də Birləşmiş Ştatlar mayın 3-də keçiriləcək “seçkilər”in nəticələrini qəbul etməyəcək.

AzVision.az


Teqlər:  



Xəbər lenti