`ASAN xidmət` kəndlərdə

`ASAN xidmət` kəndlərdə
  02 May 2015    Oxunub:1578
Azərbaycanın poçt rabitəsi şöbələrində "ASAN xidmət" mərkəzinin bir sıra xidmətlərindən istifadə etmək mümkün olacaq.
AzVision.az xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, söhbət kənd yerlərindəki poçt şöbələrindən gedir və bu, vətəndaşların həmin xidmətlərdən istifadəsini asanlaşdırmağa hesablanıb.

Mənbə qeyd edib ki, hazırda "Azərpoçt"un poçt şöbələrində mərkəzin xidmətlərinin tətbiqi imkanlarına dair təklif baxılma mərhələsindədir.


Teqlər:  



Xəbər lenti