Bu saxtakarlığı da etdi

Bu saxtakarlığı da etdi
  19 Fevral 2013    Oxunub:2381
Ermənistanda keçirilən prezident seçkisi tam olaraq qanunsuz və saxta şəkildə həyata keçirilir.
Ermənistanda keçirilən bugünkü prezident seçkisinin saxtakarlığının miqyasına görə digərləri ilə müqayisə dərcəsində olmadığı bildirilib. Ermənistan prezidentliyinə namizəd, “İrs” Partiyasının lideri Raffi Ovannisyanın seçki qərargahının mətbuat katibi Ovsep Xurşudyan söyləyib ki, kəmiyyət və keyfiyyətcə bu qədər qanun pozuntusuna yol verilən başqa seçki xatırlamır. Erməni mətbuatına əsasən,o bildirib ki, bülletenlərin topa şəkildə qutulara atılması, rüşvət paylanması, seçicilərə təzyiq, yerli hakimiyyət orqanları rəhbərlərinin səsvermə prosesinə müdaxiləsi və digər qanunsuz hallar baş alıb gedir.

Səsvermə davam edərkən ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyanla görüşüb. Səfir bütün pozuntular üzrə təhqiqat aparılacağını, günahkarların cəzalandırılacağını qeyd edib.


Teqlər:  





Xəbər lenti