Polis 200 minlik maşınları niyə saxlayır? - AÇIQLAMA

Polis 200 minlik maşınları niyə saxlayır? - AÇIQLAMA
  02 May 2015    Oxunub:7331
Son günlər Bakıda yol polisinin keçirdiyi reydlər zamanı qiyməti yüz minlərlə ölçülən maşınların saxlanılaraq cərimə meydançasına aparıldığı məlum olub.
Sosial şəbəkələrdə yayılan fotolarda maşınların qiymətinin 100-200 min civarında olduğu deyilir.

Məsələ ilə bağlı AzVision.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov bildirib ki, bahalı avtomobillərin sürücüləri tərəfindən yol-hərəkət qaydası pozulursa, dərhal bizim əməkdaşlar tərəfindən saxlanılır. Onun sözlərinə görə, qanunvericiliyə əsasən bir neçə belə avtomobil cərimə duracağına aparılıb.

“Hal-hazırda cərimə dayanacağında bir neçə bahalı avtomobil var. Eyni zamanda bir neçə motosikl da saxlanılıb və cərimə meydançasına aparılıb. Həmin nəqliyyat vasitələrinin cərimə duracağına qoyulmalarının hər birinin öz səbəbi var. Elektron qaydada tərtib olunmuş protokolları, təyin edilmiş cərimə məbləğini ödəməyənlər, polisin qanuni tələbini yerinə yetirməyənlər, yüksək tonlu siren və musiqi səsli siqnal səsləri quraşdıranlar, qanunla istifadəsi qadağan olunan səsgücləndirici vasitələrdən istifadə etdiklərinə və sənədləri olmayanların avtomobili cərimə meydançasına gətirilib”.







Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti