Dövlət komitəsi 711 manata maşın satır

Dövlət komitəsi 711 manata maşın satır
  02 May 2015    Oxunub:8782
Əmlak Məsələləri Dövlət Komitəsi bu ay hərraca çıxarılacaq nəqliyyat vasitələrinin adlarını açıqlayıb.
AzVision.az xəbər verir ki, hərraca çıxarılan - QAZ-31105-120, Mercedes Benz S 350, QAZ-3110-101, Mercedes Benz E 320, QAZ-3110-121, QAZ-3110-121, QAZ-31105-120, QAZ-31105-120, QAZ-3110-101, QAZ-3102, QAZ-3102 avtomobilləridir.

Bu avtomobillər dövlət nömrə nişanı ilə birgə satışa çıxarılıb. Ən ucuz qiymətə təqdim edilən isə 1998-ci ilin 10 JM 344 dövlət nömrə nişanlı QAZ-3102 markalı avtomobilidir. Onun da qiyməti 711 manatdır.

2006-cı ilin istehsalı olan 10 PN 936 dövlət nömrə nişanlı Mersedes Benz S 350-nin isə ilkin satış qiyməti 15 min 488 manatdır. “Baki Metpropoliteni” QSC–nin balansında olan və hərraca çıxarılan avtomobillər 25 % endirimlə təkrar hərraca çıxarılır.

Qeyd edək ki, hərrac may ayının 26-sı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.


Teqlər:  





Xəbər lenti