Azərbaycanda qısaboy uşaqların sayı azalır

Azərbaycanda qısaboy uşaqların sayı azalır
  02 May 2015    Oxunub:2904
Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondu tərəfindən milli qidalanma sorğusu aparılıb. 2013-cü ildə keçirilmiş sorğunun nəticələri bəlli olub.
Nazirlikdən virtualaz.org saytına bildiriblər ki, sorğuda 3351 qadın və 1455 uşaq iştirak edib. Sorğunun məqsədi qadın və uşaqların qidalanma səviyyəsini öyrənmək olub.

Sorğunun nəticələrinə görə, uşaqlar arasında qısaboyluluq göstəricisi 25,1 faizdən 18 faizə, boya görə çəkinin az olma göstəricisi 6,6 faizdən 3,1 faizə qədər azalıb. Uşaqlar üzrə anemiyanın yayılma göstəricisi 44,4 faizdən 24,2 faizə enib.

Hamilə qadınların 40, hamilə olmayan qadınların 38 faizində anemiya olduğu aşkarlanıb.

Xəbərdə qeyd olunur ki, sorğunun nəticələri təhlil edilib və tövsiyələr hazırlanıb.


Teqlər:  



Xəbər lenti