İspaniya Qarabağdakı `seçkiləri` tanımayacaq

İspaniya Qarabağdakı `seçkiləri` tanımayacaq
  03 May 2015    Oxunub:1697
İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçiriləcək “parlament seçkiləri”nin heç bir etibarlılığı və legitimliyi yoxdur.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bəyanatda vurğulanır ki, bu ərazinin ayrılması güc tətbiq etmənin nəticəsidir, beynəlxalq hüquqa ziddir və rəsmi Bakı tərəfindən tanınmayıb.

İspaniya hökuməti hər iki tərəfi danışıqlarda hazırkı status-kvoya son qoymağa, Dağlıq Qarabağ münaqişəsinin siyasi və davamlı həllinin tapılması məqsədilə BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərinin tətbiqi əsasında regionda sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən danışıqların davam etdirilməsinə çağırır.


Teqlər:



Xəbər lenti