Neft Fondunun yeni binası- FOTOLAR

Neft Fondunun yeni binası- FOTOLAR
  03 May 2015    Oxunub:2577
Dövlət Neft Fondunun yeni binası qüllə ilə birlikdə 24 mərtəbəli binanın hündürlüyü 140 metrdir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bina “BREEAM Assessment” qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.

Binanın interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən dizayn konsepsiyası əsasında qurulub. Bunlar Şirvan, Təbriz, Gəncə, Naxçıvan, Qarabağ, Quba, İrəvan, Bakı və Qazax xalçaçılıq məktəbləridir. Hər mərtəbə həmin xalçaçılıq məktəblərindən birinin motivləri əsasında işlənmiş xüsusi dizayna malikdir.

Birinci mərtəbədə dizayn Şirvan və Təbriz xalçaçılıq məktəblərinin elementlərinə əsaslanır. Təbriz xalçaçılıq məktəbinə aid Ərdəbil xalçasının burada yaradılan mozaikası dünyanın nadir incəsənət əsərlərindən sayıla bilər.

Binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yaradılıb. Burada Ulu Öndərin heykəli qoyulub. Bir sıra dövlət mükafatları laureatı, xalq rəssamı Tahir Salahovun rəhbərlik etdiyi layihə əsasında hazırlanan heykəl xalq rəssamı, professor, heykəltəraş Natiq Əliyev tərəfindən yaradılıb.

Binada ən müasir standartlara cavab verən 7 lift quraşdırılıb.

Qalereya




Teqlər:  





Xəbər lenti