Rusiyada nurçu əməliyyatı

Rusiyada nurçu əməliyyatı
  19 Fevral 2013    Oxunub:2289
Tatarıstanda qadağan edilmiş dini təşkilat üzvləri həbs edilib.
Tatarıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq mühafizə orqanlarına Naberejnıy Çelnıda qadağan olunmuş beynəlxalq dini təşkilat olan "Nurçular"ın fəaliyyəti haqqında məlumat daxil olub. Fevralın 14-də Federal Təhlükəsizlik İdarəsinin əməkdaşları qadağan edilmiş təşkilatın üzvlərinin evlərində axtarış həyata keçirib. İki nəfər təşkilatçı, onlarla təşkilat üzvü saxlanılıb", - o əlavə edib.

Onun sözlərinə görə, əməliyyatçılar 23 ünvanda, o cümlədən mədrəsə kimi istifadə edilən iki mənzildə axtarış aparıblar. Əməliyyat zamanı milyon rubuldan artıq pul, ekstremist materiallar və türkiyəli dindar Said Nursinin tatar, rus və türk dillərində kitabları aşkar edilib.

Qeyd edək ki, Rusiyanın Ali Məhkəməsi 2008-ci il aprelin 10-da “Nurçular” təşkilatının ölkədə fəaliyyətini qadağan edib.



Teqlər:  





Xəbər lenti