TQDK səyyar komissiyalar yaradır

TQDK səyyar komissiyalar yaradır
  04 May 2015    Oxunub:1434
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası səyyar Sənəd Qəbulu Komissiyaları yaradacaq.
AzVision.az xəbər verir ki, onların yaradılmasında məqsəd ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək və onların vaxtlarına və vəsaitlərinə qənaət olunmasıdır.

Belə ki, TQDK-nın Respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin (Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan ) əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-lar fəaliyyət göstərəcək. Bunun nəticəsində ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq elətdirə biləcəklər.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti