Magistrlara xəbərdarlıq: `Vaxt artırılmayacaq`

Magistrlara xəbərdarlıq: `Vaxt artırılmayacaq`
  04 May 2015    Oxunub:2467
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistr olmaq istəyənlərə müraciət edib.
AzVision.az-ın məlumarına görə, qurumun sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, artıq magistratura imtahanının iki mərhələsi bitib, bir neçə gün sonra ixtisas seçimi aparılacaq.

Onun sözlərinə görə, yaxın iki gün ərzində “Magistratura” jurnalı da çap olunacaq və jurnalda qəbul planı, digər məlumatlar yer alacaq.

“İxtisas seçiminə 7375 nəfər buraxılıb. Mayın 7-dən 12-ə qədər ixtisas seçimi aparılacaq. Bu il cədvəlimiz çox mürəkkəb olduğuna görə, magistratura üzrə ixtisas seçimində vaxt artırılmayacaq. Bir daha magistr olmaq istəyənlərə xəbərdarlıq edirik. Vaxt itrirmədən ixtisas seçimi etsinlər. Onların hamısının internetə qoşulmaq imkanı olduğuna inanırıq, ona görə də problem olmamalıdır”.


Teqlər:  





Xəbər lenti