Gözəllər Bakıda - Fotosessiya

 Gözəllər Bakıda - Fotosessiya
  04 May 2015    Oxunub:12678
Bakıda ikinci moda həftəsi başlayıb. Möhtəşəm dəb bayramında “Baku Fashion Week”in maraqlı nümayişləri baş tutacaq.
Dəb həftəsində yerli və xarici modelyerlər 2015-ci il üçün hazırladıqları payız-qış- kolleksiyasını təqdim edəcək.

“Baku Fashion Week”in rejissorluğunu Belarusiyadan dəvət olunmuş Nina Drakoya həyata keçirəcək. Gecədə gürcü dizayner Avtandil, Gülşən Tağı, Natavan Əliyeva, Yeganə Sadıqova, 17 yaşlı gənc modelyer Cəmilə Məlikova və başqalarının əl işləri nümayiş olunacaq.

“Baku Fashion Week” çərçivəsində ilk dəfə olaraq peşəkar Darya Yaderna və dizayner Natavan tərəfindən mühazirələr, master-klasslar keçiriləcək. Tədbir cercivesinde qonaqlara musiqili sürprizlər de tegdim olunacaq. Onu da qeyd edək ki, mərasimə modasevərlərlə yanaşı, ölkənin tanınmış simaları da təşrif buyuracaq.

Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti