Zakir Həsənov İstanbulda generallarla görüşdü - Yenilənib

Zakir Həsənov İstanbulda generallarla görüşdü - Yenilənib
  04 May 2015    Oxunub:3221
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadze ilə birlikdə Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahında olub.
Bu barədə AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilib ki, Bakı vaxtı ilə bu gün saat 12:00-da Ankara şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi, ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə görüş keçirilib.

***

Mayın 4-də Ankara şəhərində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi, ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçiriləcək.

AzVision.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmləri müəyyən ediləcək.

Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti