AMEA magistraturaya qəbul şərtlərini açıqlayıb
AMEA-nın Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və keçiriləcək müsahibələrlə barədə məlumat verib. Bildirib ki, 2015-2016-cı tədris ili üçün AMEA-nın magistratura təhsilini həyata keçirəcək 7 institutunda magistratura səviyyəsinin ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl AMEA-da müsahibədən keçməlidir. Bunu nəzərə alaraq, magistraturaya qəbul olunmaq istəyən bakalavrlar üçün müsahibə təşkil ediləcək. AMEA-nın magistraturasına bakalavrların seçilməsi üçün institutlarda yaradılmış müsahibə komissiyaları prosesə nəzrət edəcək. Müsahibədə iştirakçılara institutların fəaliyyət istiqamətləri və potensial imkanları barədə məlumatlar da veriləcək.
Ə.Sadıqov qeyd edib ki, qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri, müsahibənin keçiriləcəyi tarix və ünvanlar haqqında məlumatlar AMEA-nın və TQDK-nın rəsmi saytlarında yerləşdirilib. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılacaq.
Ə.Sadıqov onu da əlavə edib edib ki, tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır və təhsilalma forması əyanidir.
Daha sonra tədbirdə AMEA-nın magistraturaya qəbul elanını əks etdirən tanıtım çarxı izlənilib, iştirakçıları maraqlandıran suallar Ə.Sadıqov tərəfindən cavablandırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


