İcra başçılarına xəbərdarlıq edildi

İcra başçılarına xəbərdarlıq edildi
  05 May 2015    Oxunub:4691
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu ilin 30-31 mart tarixlərində Bakı, Sumqayıt şəhəri və Abşeron rayonlarının icra hakimiyyətlərinə icrası məcburi olan əsaslandırılmış göstəriş ünvanlanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, komitə tərəfindən “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentininin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli fərmanınına uyğun olaraq, 2015-ci ilin 30-31 mart tarixlərində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonlarının İcra hakimiyyətlərinə icrası məcburi olan əsaslandırılmış göstəriş ünvanlanıb.

Həmin göstərişə əsasən, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı, ərazinin tikinti və tikinti sıxlığı əmsalına dair şəhərsalma normalarını pozmuş aşağıda göstərilən inşasına yeni başlanmış tikintilər üzrə tədbir görülməsi və bu barədə Komitənin məlumatlandırılması tapşırılıb.

Eyni zamanda, həmin tikintiləri layihələndirən layihəndirmə təşkilatlarına xəbərdarlıq edilib ki, şəhərsalma normalarının pozulması üzrə analoji xətaların təkrarlandığı təqdirdə layihələndirmə işlərinə dair lisenziyaları dayandırılacaq.


Teqlər:  



Xəbər lenti