`Göydə Allaha, yerdə prezidentə borcluyam` - Xalq artisti
Səhhətinin ağırlaşması barədə yayılan xəbərlərə münasibət bildirən aktyor qeyd edib ki, hazırda özünü yaxşı hiss edir: “Hazırda yaxşıyam. Narahat olmayın. İki-üç ay bundan əvvəl çəkilən verilişi bu yaxınlarda efirə veriblər. Hamı təlaşa düşüb ki, səhhətim yaxşı deyil. Şükür Allaha, indi yaxşıyam, müalicəmi də davam etdirirəm. Dərmanlarımı içirəm. Allah hər kəsdən razı olsun”.
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Bu olaydan sonra Xalq artistinin səhhətində müəyyən problemlər yaranmışdı.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


