Dünyanın ən “xoşbəxt” xalqı

Dünyanın ən “xoşbəxt” xalqı
  28 May 2013    Oxunub:1290
Avstraliya iqtisadiyyatına görə dünyanın ən “xoşbəxt” xalqı adlandırılıb.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Avstraliya güclü iqtisadiyyatına görə ən yüksək pillədə yer alıb. İsveç, Kanada, Norveç və İsveçrə beşliyə daxil olub.

Siyahı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 30 ölkənin sorğuya cəlb edilməsi ilə tərtib olunub. Sorğuda ölkələrdən gəlirin səviyyəsi, səhhət, təhlükəsizlik və evlə təmin olunma barədə suallar soruşulub. Avstraliya isə bu sorğuda yüksək mövqedə dayanıb. Ölkənin 23 milyon əhalisinin 73 %-dən çoxu 15-64 yaşarası şəxslər işlə təmin olunub. Avstraliyada uzunömürlülük də yüksəkdir – 82 yaşdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti