Dollar endi, avro bahalaşdı - Bügünkü məzənnə

Dollar endi, avro bahalaşdı - Bügünkü məzənnə
  06 May 2015    Oxunub:2490
Azərbaycanda bu günə olan xarici valyutaların məzənnəsi bəlli olub
AzVision.az Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0485-dən 1.0481 AZN-ə qədər azalıb.

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1676-dan 1.1767-ə qədər bahalaşıb.

Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0201-dən 0.0208 manata qədər yüksəlib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilib.


Teqlər:  





Xəbər lenti