Sürücülərə şad xəbər

Sürücülərə şad xəbər
  06 May 2015    Oxunub:2203
Bakı Dairəvi-1 avtomobil yolunun "Lökbatan" dairəsindən şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən AzVision.az-a verilən məlumata görə, artıq yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Qeyd edək ki, Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinə mart ayında başlanılıb. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, həmin hissələrdə yeni yol yatağı salınıb.

Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə təqribən 210 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb.

Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri, "Oyunlar zolağı" çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb. Bundan başqa yolun kənarlarında və ayrıcı zolaqların mümkün hissələrində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirilib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti