`Yaxın günlərdə yeni işə başlayacağam` - Anar Qədirli
Anar Qədirli, bir müddət öncə başqa bir vəzifə ilə bağlı təklif aldığını açıqlayıb: “Həmin təklifi dəyərləndirdim. Hazırda nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsi ilə bağlı işlərin təhvil-təslimi gedir. Yaxın günlərdə səhiyyə sistemində yeni vəzifənin icrasına başlayacağam. Yeni vəzifəmin nədən ibarət olacağı haqda 2-3 gün ərzində məlumat veriləcək”.
O, həmçinin bundan sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcək Liya Bayramovanın bu vaxta kimi “Zerkalo” qəzetində şöbə müdiri çalışdığını açıqlayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


