Rusiyadan Ermənistana pul köçürmələri kəskin azalıb

Rusiyadan Ermənistana pul köçürmələri kəskin azalıb
  06 May 2015    Oxunub:1771
Bu ilin martında Rusiyadan Ermənistana bank vasitəsi ilə fiziki şəxslər üçün göndərilən pul köçürmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,2 faiz azalıb
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu da təxminən 59,4 milyon dollar təşkil edib.

Ermənistan Milli Bankı bildirib ki, 2009-cu ildən başlayaraq Rusiyadan ölkəyə pul transferi azalmağa başlayıb.

Bank eyni zamanda 2015-ci ildə Ermənistana pul köçürmələrin həcminin 30 faiz azalacağını proqnozlaşdırır.

AzVision.az


Teqlər:  





Xəbər lenti