Kitabın müəllifi, Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalov bildirib ki, kitab Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunub:“Bu kitabda ümummilli liderin neft strategiyası təhlil edilir və onun haqqında ətraflı məlumat verilir.
Kitabın ilk fəslində Azərbaycanın neft tarixi haqqında məlumatlar yer alıb. Növbəti fəsillərdə isə müstəqillikdən sonra və müasir dövrdə neft strategiyasından həbs edilir”.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdimat mərasimində bildirib ki, kitab Kanadada, fransız dilində nəşr olunub: “Bunun xüsusi əhəmiyyəti var, çünki fransız dili Kanadanın iki rəsmi dilindən və BMT-nin 6 işlək dilindən biridir. Xarici dillərdə çap olunan belə kitablar dünyanın müxtəlif elm mərkəzlərinə, kitabxanalarına və ali təhsil ocaqlarına göndərilməsi çox vacibdir.
Onu da qeyd edim ki, ali məktəblərdə dərslik kimi istifadəsi nəzərdə tutulan kitab Fazil Zeynalovun Fransa və Kanadada nəşr olunan sayca 5-ci kitabıdır”.
Tədbirdə çıxış edən millət vəkili Musa Qasımlı isə kitabı yüksək qiymətləndirərək qeyd edib ki, gənclər arxivlərdə işləməli və yeni tədqiqatlar aparmalıdırlar: “Artıq dünya Azərbnaycanı tanımağa başlayır. Burada da alimlərin, tədqiqatçıların üzərinə çox iş düşür. Siyasətçilər, diplomatlar çox vaxt arxivlərdə işləməyə, tədqiqatlar aparmağa vaxt tapa bilmirlər, ona görə də bu işə alimlər, tədqiqatçılar daha çox diqqət ayırmalıdır. Azərbaycanda tədqiqatçılar üçün heç vaxt indiki qədər yaxşı şərait olmayıb. Bütün arxivlər yenidən təmir olunub və tədqiqatçıların ixtiyarına verilib. Ona görə də mən gəncləri yeni tədqiqat işləri aparmağa çağırıram”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


