Cabbarov söz verdi: layihələr təxirə salınmayacaq
M.Cabbarov həmçinin diqqətə çatdırıb ki, il ərzində nazirlik tərəfindən onlarla təhsil müəssisəsinin tikilməsi və istifadəyə verilməsi nəzərdə tutulur.
"Bilirsiniz ki, ilin əvvəlindən bir neçə kənd məktəbi istifadəyə verilib. Anoloji şəkildə müvafiq icra strukturları tərəfindən də aidiyyatı üzrə tədbirlər həyata keçirilir. Bakı şəhərində məktəblərin tikilməsi, eləcə də planlaşdırılmış şəkildə nəzərdə tutulmuş sürətlə bütün işlər davam etdiriləcək. Bir sıra məktəblərdə cari təmir işləri gedir. Nazirlik tərəfindən yeni tikilən və əsaslı təmir olunan məktəblərin sayı 32 -dir".
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


