`Azərbaycan Türkiyə ilə vizanı ləğv edə bilər`

`Azərbaycan Türkiyə ilə vizanı ləğv edə bilər`
  06 May 2015    Oxunub:8636
“Düşünürəm ki, Azərbaycan artıq Türkiyə ilə viza rejimini aradan qaldırmalıdır”

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Türkiyənin baş naziri Əhməd Davudoğlunun viza ilə bağlı çıxışına münasibət bildirən deputat bu məsələnin həll edilməsinin vacib olduğunu deyib.

“Səbəblər araşdırıldıqda, bunun Azərbaycanın təhlükəsizliyi ilə bağlı müəyyən problemlərin ola biləcəyi nəzərə alınır. Eyni təhlükə Türkiyə üçün də var. Məncə, bunu dərhal aradan qaldırmağımız lazımdır. Birmənalı şəkildə viza məsələsinin aradan qaldırılmasının tərəfdarıyam. Dəfələrlə bununla bağlı çıxış etmişəm. Viza məsələsinin təhlükəsizliklə əlaqələndirilməsini doğru saymıram. Bu baxımdan Azərbaycanla Türkiyə arasında viza rejiminin aradan qaldırılmasında ciddi səbəb görmürəm. Hesab edirəm ki, Türkiyə ilə viza rejimi ləğv edilə bilər”.

Xatırladaq ki, Türkiyənin baş nazir Əhməd Davudoğlu İğdırda seçiçilərlə görüşü zaman bildirib ki, Türkiyə Azərbaycanla viza rejimini aradan qaldırsa da qarşı tərəf hələki bu addımı atmayıb.

“İnşallah Azərbaycan da bütün hazırlıqlarını tamamladıqdan sonra vizaları da, xarici pasportları da aradan qaldıracaq. Bir millət, iki dövlət deyib birləşib, qucaqlaşarıq. Biz Azərbaycana bunu təklif etdik. Başımızın üzərində yerləri var. Bütün azərilər üçün Türkiyə ana vətəndir, bizim üçün də Qafqaz dağları və Azərbaycan vətəndir”,-deyə Davudoğlu bildirib.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti