Müsavatçılar Arif Hacılıya qarşı etiraz aksiyası keçirdi

Müsavatçılar Arif Hacılıya qarşı etiraz aksiyası keçirdi
  06 May 2015    Oxunub:1955
Müsavatın bir qrup üzvü Vurğun Əyyubun və digər tanınmış müsavatçıların partiyadan xaric edilməsinə etiraz olaraq partiyanın mərkəzi qərargahı qarşısında piket keçirib
AzVision.az xəbər verir ki, təxminən 30-40 müsavatçının qatıldığı aksiyada plakatlar qaldırılıb. Aksiya iştirakçıları “Müsavat ailə partiyası deyil”, “Növbədənkənar qurultay çağırılsın”, “İstefa” şüarları səsləndirib.

Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli və partiyanın sabiq üzvü Əlövsət Sadıqlı çıxışlarında Müsavat Partiyasının hazırki rəhbərliyinin yürütdüyü siyasətdən narazılıqlarını ifadə ediblər. Piketdə tələb edilib ki, partiyadan kənarlaşdırılan üzvlər bərpa edilsin.

"Müsavat" Partiyasının başqanı Arif Hacılı isə etiraz aksiyasına reaksiya göstərməyib. Piketin sonunda qətnamə oxunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti