Müsavatda qarşıdurma: rəhbərlik etirazçıları təhdid etdi

Müsavatda qarşıdurma: rəhbərlik etirazçıları təhdid etdi
  06 May 2015    Oxunub:1788
Müsavat Partiyasının rəhbərliyi partiyanın qərargahı önündə keçirilən etiraz aksiyasına münasibət bildirib.
Partiyanın başqan müavini Elman Fəttah deyib ki, piketdə iştirak edənlər partiya əleyhinə fəaliyyət göstərən şəxslərdir: “Aksiyada iştirak edənlər partiyaya xəyanət edənlərdir. Onlar barədə partiyanın ciddi qərarları olacaq. Bu şəxslərlə bağlı partiyanın çox kəskin qərarları olacaq. Müsavat başqanının müavini, Divan üzvü kimi təxribatla məşğul olan şəxslərin partiyadan kənarlaşdırılması ilə bağlı məsələ qaldıracam”.

O, qeyd edib ki, partiyanın Suraxanı rayon təşkilatı struktur kimi fəaliyyət göstərmir və həmin təşkilat Müsavat Partiyasının əleyhinə işləyir: “Bildiyiniz kimi, bu gün Fərəc Kərimlinin məhkəmə prosesi keçirilib. Bu aksiyanı keçirməklə həmin məhkəməni kölgədə qoymaq istəyiblər. İndi piket keçirənlər vaxtilə Müsavat Partiyasının daxilinə yeridilmiş agentura şəbəkəsinin üzvləridir”.

E. Fəttah həmçinin partiyadan qovulan şəxslərin bərpa edilməsinə də toxunub: “Bu qeyri-mümkündür. 6 nəfər Nizamnamə çərçivəsində partiyadan çıxarılıb. Düşünmürəm ki, bu cür şərtlərdə partiyadan çıxarılmış şəxslərin bərpası mümkün olsun”.

Müsavat başqanın digər müavini Səxavət Soltanlı da partiya qərargahı qarşısında keçirilən aksiyanı “təxribat” adlandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti