Bakıda daha bir yolun təmiri bitir
Qeyd edək ki, artıq küçədə yeni səki daşları düzülüb, səkilər və yol kənarları abadlaşdırılıb, zəruri olan ərazilərdə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yenidən qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdirilib.
“Azəryolservis” ASC tərəfindən analoji işlər küçənin qalan hissəsində, daha doğrusu, “Şamaxinka” adlanan əraziyə qədər olan hissədə də həyata keçiriləcək. Küçə boyu yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


