`Xocalı`da Azərbaycan bayrağına qarşı hörmətsizlik

`Xocalı`da Azərbaycan bayrağına qarşı hörmətsizlik
  07 May 2015    Oxunub:3903
Türkiyənin Manisa şəhərinin Turqutlu qəsəbəsində bir müddət öncə açılan və “Xocalı Şəhidləri” adı verilən parkda Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Turqutlu Bələdiyyəsinin səs çoxluğu ilə “Xocalı Şəhidləri” adı verdiyi parkın açılışı mərasimi Azərbaycan əsilli və Millətçi Hərəkat Partiyasından (MHP) olan iqdırlı millət vəkili Sinan Oğanın iştirakı ilə baş tutub. Lakin açılış mərasimi zamanı Azərbaycan bayrağına hörmətsizlik edilib.

Belə ki, parkda ucaldılan Azərbaycan bayrağı tərs asılıb. Azərbaycan bayrağında rəng sıralanması göy, qırmızı, yaşıl olsa da, parkda bayrağın rəng sıralanmasında birinci yaşıl rəng gəlib.

Məsələ ilə bağlı Ədalət və İnkişaf Partiyasının Turqutlu Şəhər Məclisi Üzvü və Turqutlu İqdırlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin İdarə heyətinin Başçısı Tamer Dizman açıqlama verərək məsələyə belə aydınlıq gətirib:

“Bir müddət öncə Turqutlu Bələdiyyəsi tərəfindən açılan Xocalı Şəhidləri Parkında ucaldılan Azərbaycan bayrağının rəng sıralanmasının yanlış olduğu aşkarlanıb. Azərbaycan da bu məsələyə xüsusi diqqət ayırılıb. Bu hadisə Turqutluda yaşayan azərbaycanlıları da təəssüfləndirib. Turqutlu Bələdiyyəsinin minlərlə insanın qırğına məruz qaldığı bir bölgənin adını verdiyi parkda ucaldılan Azərbaycan bayrağının düzgünlüyünə diqqət yetirməməsi də bizi təəssüfləndirib. Bu mövzunun dərhal səlahiyyətli şəxslər tərəfindən yerindəcə aşkarlanaraq bayrağın düzgün formada asılması tək istəyimizdir”.

Bundan əlavə, parkın digər tərəfində ucaldılan Turqutlu Bələdiyyəsinin bayrağının da tərs olduğu məlum olub.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti