“Hündür binalar Bakının havasını korlayır” - AMEA
Mülki müdafiə işçilərinin daşqın, torpaq sürüşməsi, zəlzələ kimi fövqəladə hallarda özlərini necə aparmaları, bu cür hadisələrin insanlara təsirsiz ötüşməsini təmin etmək məqsədilə ayıq-sayıq olmaları və fəaliyyətlərini daha mütəşəkkil təşkil etmələri üçün bu tipli maarifləndirici seminar-məşğələlər mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, son zamanlar yer kürəsinin temperaturunun yüksəlməsi və bununla da buzlaqların əriməsi yer kürəsinin su altında qalması ilə nəticələnə bilər. Lakin bir çox dünya alimləri hazırkı dövrü buzlaqlararası dövr adlandırır və qlobal istiləşməni yer kürəsi üçün təhlükə hesab etmir. Həmçinin quraqlıq illərində ölkənin məhsuldarlıq qabiliyyətinin aşağı düşməsi və bu halda hansı qabaqlayıcı tədbirlər görülməli olduğunu deyən M.Həsənov vəziyyətdən çıxış yolu kimi kiçik su anbarları yaratmağı məqsədəuyğun hesab edib.
Məruzəçi 21300 hektar sahəsi olan Bakının amfiteatr formasında olması və hündürmərtəbəli binaların tikintisinin genişləndirilməsi yağıntıların qeyri-bərabər paylanmasına və paytaxtda fərqli hava şəraitinin hökm sürməsinə səbəb olduğunu vurğulayıb. O öz nitqində tikintilərin elmi əsaslandırılmasının vacibliyini və bir sıra təhlükəsizlik tədbirlərini nəzərə almaqla qəza riskini minimuma endirməyin mümkün olduğunu qeyd edib.
Seminar-məşğələnin 2-ci hissəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında olan fərdi mühafizə vasitələrinin-QP-5 əleyhqazlarının paylanması haqqında AMEA prezidentinin 114 nömrəli, 17 mart 2015-ci il tarixli Sərəncamının icra vəziyyəti haqqında geniş müzakirə aparılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


