Ölkənin daxili işlərinə qarışmaq yolverilməzdir - Ziyafət Əsgərov

Ölkənin daxili işlərinə qarışmaq yolverilməzdir - Ziyafət Əsgərov
  07 May 2015    Oxunub:1287
“ABŞ Azərbaycanın strateji tərəfdaşıdır”.
AzVision.az-nun məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərov bildirib ki, bir dövləti tənqid etmək olar: “Biz də hansısa dövləti tənqid edə bilərik. Ancaq insan hüquqlarını alver predmetinə çevirib hansısa ölkənin daxili işlərinə qarışmaq yolverilməzdir”.

Z. Əsgərov qeyd edib ki, bu gün beynəlxalq hüquqda böhran yaşanır: “Dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidirsə, bir-birinə qarşı səmimi olmalıdır”.

Z.Əsgərov bildirib ki, I Avropa Oyunları ilə bağlı bir sıra dövlətlər və QHT-lər qarayaxma kampaniyasına qoşulublar: "Biz hələ bir neçə il əvvəl "Avroviziya" mahnı müsabiqəsini keçirəndə qarayaxma kampaniyasının şahidi olmuşuq. Təəssüf ki, qarayaxma kampaniyasına qoşulanlar Azərbaycanı gözdən salmaq istəyirlər. Əslində, I Avropa Oyunlarının keçirilməsi məsuliyyətini üzərimizə götürdüyümüzə görə, bizə təşəkkür etməlidirlər. Ancaq biz bunun tamam əksini görürük. Bunlar hamısı əbəsdir".

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti