Azərbaycana “quş qripi” yayıla bilər
“Köçəri quşların fəal dövrü başlayıb. Ona görə də quş ətinin idxalını dayandırmaqla quş qripinin qarşısını almaq mümükünsüzdür. Çünki qonşu ölkə olduğundan demək olar ki, quş qripi də bizim sərhəddədir. Yalnız, bununla bağlı nəzarət gücləndirilməlidir. Hökumət nümayəndələri zirək olamlı və bütün lazımı addımları atmalıdır ”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli qeyd edib ki, quş qipi yayılan gündən Azərbaycana Türkiyədən quş ətinin idxalı dayandırılıb. Hazırda Braziliyadan, İrandan quş əti alındığını deyən Yolçu Xanvəlinin sözlərinə görə, hansı ölkədə epizootik vəziyyət pis olsa quş ətinin idxalına qadağa qoyulacaq:
“Bildiyinz kimi yanvar ayından Böyük Britaniya, Almaniya, Hollandiya, Bolqarıstanda və Polşada bu xəstəlik qeydə alındığından həmin ölkələrə də məhdudiyyətlər tətbiq olunub. Bu məhdudiyyət bu gün də öz qüvvəsində qalır.
Türkiyədə quş qripi yayıldığı gündən Azərbaycana quş əti məhsulları gətirilmir. Xəstəlik yayıldığı gündən Türkiyənin özü də həmin ərazilərdən quş əti məhsullarına qadağa qoyub. Həmin ərazidə müdafiə sistemi yaradılıb. Azərbaycana gətirilən məhsullar isə Dövlət Baytarlıq Xidmətinin icazəsi olmadan ölkəyə buraxılmır. Xaricdən gətirilən bütün ətlərdən nümunələr götürülür və laboratoriyada yoxlanılır. Onlar sənədlə gəlməklərinə baxmayaraq yenidən yoxlama aparılır” .
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


