`Təhdidlərə qarşı çevik olmalıyıq` – Bahar Muradova

`Təhdidlərə qarşı çevik olmalıyıq` – Bahar Muradova
  07 May 2015    Oxunub:1988
“Bu gün dünyada anti-turk, islamofobiya kimi meyllər, müstəqil dövlətlərə qısqanclıq müşahidə edilir, eyni zamanda öz taleyinə, resurslarına sahib olmaq, öz siyasətini yeritmək bir çox beynəlxalq dairələrin xoşuna gəlmir”

Bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, Azərbaycan belə bir dünyada öz müstəqilliyini qorumaq, ayaq üstündə durmaq erasına qədəm qoyub:
“Bizim ərazimiz işğal olundu, milyonlarla insanlarımız qaçqın və məcburi köçkün düşdü. Bu gün də bizi təhdid edən təhlükələr var. Biz bu təhdidlərə qarşı çevik reaksiya verməliyik”.

O, qeyd edib ki, Azərbaycanın dünyanın bəzi dairələrinin yanlış yolla getdiyini, öz yolunun düzgün olduğunu sübut etməkdədir: “Azərbaycan müstəqilliyini əldə etmiş ölkələr arasında ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu, dünyada mili və dini baxımdan sivilizasiyalar arasında dialoqun vacibliyini Təhlükəsizlik Şurasına sədrliyi dövründə çatdırmağa çalışdı.

Azərbaycan bununla da ortaya qoydu ki, beynəlxalq aləmin bərabərhüquqlu üzvüdür və beynəlxalq təşkilatları idarə etmək qabiliyyətindədir. Azərbaycan əhəmiyyətli bölgədə yerləşir və bu bölgənin bizə qazandırdığı üstünlüklərdən xalqlar və millətlərin birgə yaşaması, xalqımızın rifahı üçün istifadə edir”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti