Nazirlikdən universitetin bağlanması ilə bağlı AÇIQLAMA

Nazirlikdən universitetin bağlanması ilə bağlı AÇIQLAMA
  07 May 2015    Oxunub:3509
Bakı Qızlar Universitetinin yaxın günlərdə bağlanacağı ilə bağlı xəbərlər yayılıb.
AzVision.az-ın əldə etdiyi məlumata görə, həmin təhsil ocağında Nazirlik tərəfindən geniş yoxlamalar aparılacaq.
İddia edilir ki, bu yoxlamalardan sonra aşkar olunanan nöqsanlara görə Bakı Qızlar Universiteti lisenziyasız qala bilər. Bundan əlavə yaxın vaxtlarda bütün özəl universitetlərdə yoxlamalar aparılacaq. Bir neçə ilə ölkədə bir sıra özəl ali təhsil müəssisəsinin fəaliyyətinə xitam verilməsi də deyilir.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri Sübhi kazımov AzVision.az-ın sorğusuna cavabında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hər hansı bir ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması və ya bağlanması məqsədi ilə onlarda yoxlamaların keçirilməsi nəzərdə tutulmayıb”-deyə şöbə müdiri bildirib.

Gültəkin ƏLƏSGƏR


Teqlər:



Xəbər lenti