Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  07 May 2015    Oxunub:2034
Sabah Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-5, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 8-9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti