İtaliya prezidenti məhkəməyə çağrılacaq

İtaliya prezidenti məhkəməyə çağrılacaq
  28 May 2013    Oxunub:1110
Prezident Corcio Napolitano mafiya ilə bağlı prosesdə dindirəcək
İtaliya prezidenti Corcio Napolitano şahid qismində məhkəməyə çağrılacaq. Ədliyyə orqanları onu siyasətçilərin mafiya ilə əlaqələrinə dair prosesdə dindirəcək.

Bildirilir ki, 90-cı illərin əvvəllərində bəzi siyasətçilər, o cümlədən keçmiş baş nazir Silvio Berluskoninin yaxın silahdaşı Marçelle del Utri və sabiq daxili işlər naziri Nikola Mançino ölkənin əsas mafioz qruplaşması Koza Nostranın rəhbərləri ilə sıx əməkdaşlıq edib. Məhz həmin illərdə Milan, Florensiya və Romada güclü partlayışlar olub.

Siciliyada mafiya üzvləri məhşur istintaqçıları, həmin qruplaşmalarla mübarizə aparan məmurları öldürüb. Siyasətçilər isə Koza Nostranın rəhbərliyinə polisin bu cinayətlərə göz yumucağı və qeryi-qanuni bizneslə məşğul ola biləcəklərinə dair vədlər verib.


Teqlər:  





Xəbər lenti