Məşəl İmişlidə

Məşəl İmişlidə
  07 May 2015    Oxunub:1821
Bu gün birinci Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə gətirilib.
AzVision.az-ın məlumatına görə, şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.

Şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.

Sonda birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Füzuli rayonuna yola salınıb.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:





Xəbər lenti