“Heç bir dini cərəyan “Bakı 2015”-ə xələl gətirə bilməz”

“Heç bir dini cərəyan “Bakı 2015”-ə xələl gətirə bilməz”
  07 May 2015    Oxunub:1550
"Azərbaycanda dini baxımdan sabitlik mövcuddur".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, qarşıdan gələn I Avropa Oyunları ilə əlaqədar dini baxımdan hər hansı bir qrupun, cərəyanın bu oyunlara xələl gətirməsi ehtimalı sıfıra bərabərdir:

"Çünki bununla bağlı bizim ölkəmizdə aparılan işlər, proflaktik tədbirlər, xüsusilə hüquq-mühafizə orqanlarının apardığı tədbirlər bu sahədə sabitliyin tam şəkiləd bərqara olmasına gətirib çıxarır. Azərbaycanda dini radikalizmin ayrı-ayrı elementləri olsa da, bu ictimai-siyasi həyata təsir etmək imkanında deyil".

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti